Cabir Novruz.Seçilmiş əsərlərişBakı,”Lider nəşriyyat” 2004,288 səh.Kitaba
lirik şair Cabir Novruzun yarım əsrlik yaradıcılığı müddətində qələmə aldığı seçilmiş şeirləri,”İnsan hünəri” və “Azərbaycan”
poemaları daxil edilmişdir.
Şeirlərdə şairin həm incə,kövrək lirik duyğuları,həm də ümümbəşəri və milli ağrılardan döğan vətəndaş-şair narahatlığı əks olunmuşdur.
_________________________________
Məhəmməd Hadi. Seçilmiş əsərləri Bakı, "Şərq-Qərb", 2005, 464 səh., tirajı 25000.
894.3611 - dc 21 ISBN 9952-418-64-4 XX əsr Azərbaycan klassiklərindən, dünya
romantizminin orijinal simalarından olan Məhəmməd Hadi ədəbiyyatımız tarixində
şərəfli yer tutur. O, milli romantizmin ideya- estetik prinsiplərini zəngin bədii yaradıcılıq
təcrübəsində və ədəbi-tənqidi əsərlərində əsaslandırmışdır. Seçilmiş əsərlərindən
ibarət olan bu kitabında Hadinin öz romantik təbiətindən gələn bir güclə daim işığa
çağıran şeirləri, qiymətli sənət nümunələri olan poemaları, eləcə də müəllifin
yaradıcılıq idealları ilə səsləşən iqtibas və tərcümələri toplanmışdır.
__________________________________
Əbdürrəhim bəy Haqverdiyev. Seçilmiş əsərləri İki cilddə. II cild. Bakı, "Lider nəşriyyaf, 2005,
408 səh., tirajı 25000. 894.3613-dc 21 ISBN 9952-417-38-X Əbdürrəhim bəy Haqverdiyevin
dövrün bir sıra mühüm məsələlərinin obrazlı həllini verən yumoristik-satirik hekayələri
və povestləri XX yüzilliyin əvvəlində milli nəsrdə gedən axtarışları ifadə baxımından ən
səciyyəvi klassik bədii nümunələrdir. "Seçilmiş əsərləri"nin bu cildinə mütəfəkkir ədibin
zəngin bədii nəsri ilə yanaşı elmi-publisist irsi haqqında geniş təsəvvür yaradan məqalələri,
məktubları daxil edilmişdir.
__________________________________

Məhəməd Füzuli.Əsərləri.Altı cildə.III cild.Bakı,”Şərq-Qərb”,2005,472 səh.Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qdir olduğunu göstərən, beləcə tarix içində mənəvi mənliyimizə-dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış,bu dillərdə də ərəb,fars şairlərinin yaratdığı nümunələr səviyyəsində dayanan müxtəlif janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı ” Divan” həcmində həmçinin farsca “Divan” yazan şair özünün qəlb aləmində xəbər verən bu lirik şeirlərdə də oxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq aləmini,həyat gözəlliklərini dərk etməyə çağirir. Xalq hikməti və xalq zəkasının qüdrətlə aşılanmış bu son dərəcə bədii,səmimi,misilsiz könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs ürəyində bir saflıq,xeyirxaxlıq,həyata məhəbbət,insana ehtiram duyğularının qüvvətləndiyini hiss edir. Burada aşiq Füzuli ilə mütəffəkir Füzuli yenə bir vəhdət halındadır. Böyük fikirlər burada yenə Füzulinin aşiqanə deyilmiş sözlərindədir...
__________________________________
Hidayət.Seçilmiş əsərləri.Bakı,”Şərq-Qərb”,2007, 488 səh.Görkəmli şair və dramaturq,tanınmış nasir və kəsərli publisist Hidayət öz rəngarəng ədəbi-bədii töhfələri ilə geniş oxucu auditoriyasının həmişə maraq dairəsində olmuşdur. Onun yaradıcılığı da həyatı və intimai fəaliyəti kimi,xalqımızın milli-mənəvi oyanış müstıvisində yoğrularaq daim ön cərgələrdə addımlamışdır.Kitaba ədibin çoxcəhətli yaradıcılığın ən səciyyəvi xüsusiyyətlərini özündə əks etdirən seçmə poeziya nümunələri,çağdaş həyatımızdan danışan pyesləri daxıl edilmişdir.
_________________________________
Qazi Bürhanəddin.Divan. Bakı,”Öndər nəşriyyat”,2005,728 səh.Azərbaycan anadilli şerinin böyük nümayəndəsi, XIV yüzillikdə yaşamış qüdrətli şair Qazi Bürhanəddinin “Divan”ı doğma dilimizdə yazilan və günümüzə qədər gəlib çatan ilk şeir divanıdır. Qazi Bürhanəddin Azərbaycan divan ədəbiyyatının özülünü qoymuş, klassik poeziyanın ilkin gözəl nümunələrini yaratmışdır.Böyük bir tarixi vəzifəni şərəflə yerinə yetirən şairin yaradıcılığı Həsənoğludan sonra,İmadəddin Nəsimidən əvvəl mədəniyyət tariximizdə yeni bir əlamətdar hadisə sayıla bilər. Qazi Bürhanəddin poeziyasının baş mövzusu sevgi və gözəllikdir. Bu poeziyada igidlik,bahadırlıq,alp-ərənlik motivləri də çox qabarıqdır. Anadilli ədəbiyyatımızın ilk gülüstanı olan Qazi Bürhanəddin divanı xalqımızın bədii zövqünün, gözəllik və nikbinlik dünyabaxımının bəhrəsi kimi təravətli və cazibədardır.
_________________________________
Elçin.Seçilmiş əsərləri.
Bakı,”Avrasiya Press”,2005, 424 səh.
Elçinin “Seçilmiş əsərləri”nə gökəmli yazıçının “Ağ Dəvə” “Mahmud və Məryəm” romanları daxil edilmişdir.”Ağ Dəvə” əsərində 1941-1945-ci illər müharibəsi zamanı köhnə Bakı məhəllələrindən birinin həyatı təsvir olunur.
“Mahmud və Məryəm” əsəri isə məşhur “Əsli və Kərəm” dastanının motivlərindən istifadə edilərək yazılmışdır və burada hadisələr XVI əsrin əvvəllərində, yeni yaranmış Azərbaycan Səfəvilər dövlətlərində cərayən edir.
Zaman müxtəlifliyinə baxmayaraq ,hər iki üslubca dövrün “mənəvi axtarışlar” nəsrin məcrasında yazılmış, öz ruhu etibarilə, bədii-estetik təsvir vasitələrinin rəngarəngliyi, orijinallıq baxımından müasir əsərlərdir.
_________________________________
Qabil.Seçilmiş əsərləri.
Bakı,”Şərq-Qərb”, 2004, 248 səh.
Bu kitaba çağdaş Azərbaycan poeziyasında öz səsi,öz sözü olan parlaq istedadlı şair Qabilin müxtəlif illərdə qələmə aldığı şeirlər daxil edilmişdir.
Bir çox əsərlərinin mövzusunu şəhər şəhər həyatından götürsə də,qaldırdığı mühüm mənəvi-əxlaqi problemlər,izlədiyi yüksək məqsəd,təlqin etdiyi vətən pərvərlik və bəşərilik qayələri etibarilə Qabil şəhərli-kəndli Azərbaycanın,bütün elin-obanın şairidir. O, həmişə fəal həyat mövqeyində dayanıb, vətəndaşlıq borcunu öz üzərində hiss edib,ölkədə baş verən hər bir mühün hadisəyə münasibətini bildirir.
Həyat həqiqətlərinin realist təsvirinə,detalların təbiiliyinə böyük tələbkarlıqla yanaşan və müasir Azərbaycan şeirinin çox yayılan, çox təqdir edilən nümunələrini yaradan Qabil gözəl bir şair kimi fəaliyyətinin bütün sahələrinə ilk əvvəl məhz poeziyasının zərif qanadları sayə salır.
_________________________________
Əzizə Cəfərzadə.Aləmdə səsim var mənim.
Bakı,”Şər-Qərb”, 2006, 432 səh.
Müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınmış yazıçə Əzizə Cəfərzadənin ümumi “Şirvan” başlığı ilə məlum olan silsilə əsərlərinə daxil olan “Aləmdə səsim var mənim” romanı XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin Həyatından bəhz edir. Şairin maarifə,məktəb açmağa meyil göstərməsi Şirvanda baş verən əhvalatlarla bağlı şəkildə gələmə almışdır. Romanda Seyid Əzim bir maarifçi olaraq formalaşması təsvir olunan dövrün səciyyəvi hadisələri fonunda göstərilir.
__________________________________
xəzər-mks.az