Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
İyirmi birinci əsərin əvvəlindən etibarən birləşəmiş milltlər təşkilatının aldığı qərar üzərə 21 fevral dünya anadili günü adlanmış və bütün ölkələrdə bayram kimi qeyd olunur.
Rasist rejimin üzümüzə çəkib, bağladığı kor pəncərəsinə rağmən anadilinin bu bayram havası, nəhayət Təbriz fəallarının qeyərti ilə 2004-cü ildə keçirilən samballı bir qurultayda ölkəmizə daşındı, həmin qurultayın çox imzalı qətnaməsi milli hərkatın qızıl səhifələrindən biri kimi Yunesko və BMT-yə sunuldu və o gündən etibarən hər il 21 fevəral (yaxud isfəndin ikısındə) həm Azərbaycan, həm də diyazporamız tərəfindən xarıcı ölkələrdə sürəkli qeydə alınmağa başladı, anadili gününə aid çeşitli mərasimlərimiz bir daha hərəkatımızın nəqədər demokrat və mədəni olmasını dünyaya sübut etməkdədir.
Bununla belə anadil bayramına can və dildən qatılan millətimiz, hələ də dil haqlarına yiyələnəməmiş, hələ də tapdaqlar altında əzilməkədədir. İran islam cümhüriyyəti ana yasasının 15-ci maddəsində Fars olmayan millətlərin anadilləri və ədəbiyyatlarının məktəblərdə rəsmi dillə yanaşı, oxunulması maniəsiz sayılsa da, nə tək dövlət orqanları bunun doğrültüsünda heç bir atdım atmır, hətta milli dərnəklər və şəxslərin könüllü çabalarına belə əngəl olurlar. Beləlikə, dövlət orqanları bilrəkdən, Azərbaycan Türklərini səssizcə əridib, itirməyə çalışır.
Biz İran islam cümhüryyəti rəjiminin ölkədə Fars olmayan millətlərin dillərinə qoyduğu qanunsuz qadağanı məhküm edib, bu siyasəti qeyri insani və qeyri mədəni olduğundan qınayıb, İranda Türk nüfusunun sayısına əsaslanaraq, Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını istəyirik!
Dünya anadili günü ərəfəsində bu bayramı, dil haqlarından yoxəsün qalan bütün insanlara, xəsüsilə də Azərbaycan qəhrəman milltinə təbrik edir, hamını (ələlxüsus insan haqları örgütləri və demokrat şəxsiyyətləri) ölkədə dil qadağası əleyhinə etiraz səslərini ucaltmağa və bu yasaqların aradan qaldırılmasında başlanan hərəkətə yardımcı olmağa çağırırıq.