Yanvar ayında Xəzər rayon MKS-in 1 saylı filialında Nazim Hikmətin 110 illiyinə həsr olunmuş “Yüksək eşqin böyük heykəli” adlı sərgi keçirilmişdir.
Türk şairi,dramaturq,ictimai xadim Nazim Hikmət 1902-ci ildə Salonikidə ziyalı ailəsində anadan olmuşdur.
İlk şeiri “Sərvlikdə” adı altında 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur.Nazim Hikmət “835 sətir”, “Varan-3”, “Səsini itirmiş şəhər” kitablarında xalqın ağır həyatından, “Cokonda və Si-Ya-y”, “Berenci özünü niyə öldürdü? əsərlərində imperializmin müstəmləkəçilik siyasətindən bəhs edir. “İnsan mənzərələri” , “Həbsxanadan məktublar” , “Məhəbbət əfsanəsi” , “Yusif və Züleyxa” və s. əsərlərini həbsdə olarkən yazmışdır.Son kitabı “Şeyx Bədrəddin dastanı” olmuşdur.
A.Məlikov onun pyesi əsasında “Məhəbbət əfsanəsi” baletini, Ə.İbrahimov onun ssenariləri əsasında “Bir məhəlləli 2 oğlan”, “Yaşamaq gözəldir qardaşım”, “Məhəbbətim mənim, kədərim mənim” filmlərini çəkmişdir.